Back to Search Start Over

İNKLÜZİV TƏHSİLDƏ FİZİKA MÜƏLLİMİNİN ROLU

Authors :
Cəli̇Lova Sevi̇Nc Xazay Qizi
Musayeva Gülşən Əli̇ Qizi
Publication Year :
2022
Publisher :
Endless light in science, 2022.

Abstract

Məqalədə fizika müəlliminin sağlamlıq imkanları məhdud şagirdlərlə birgə fəaliyyəti haqqında məlumat verilmişdir. Həmçinin inklüziv təhsilin sağlam və sağlamlıq imkanları məhdud uşaqların birgə təhsilinə əsaslanan ən qabaqcıl təhsil sistemi olduğu, bu birgə fəaliyyətin düzgün formada həyata keçirilməsi metodları göstərilmişdir. Bu təhsil sisteminə əsasən birlikdə təhsil alan uşaqlar birlikdə yaşamağı öyrənir, sağlamlıq imkanları məhdud şagirdlərlə sağlam insanlar arasındakı sərhədlər aradan götürülür. Axı əlilliyin səbəbi insan sağlamlığının vəziyyəti ilə bağlı olan tibbi problemlər deyil, cəmiyyətin inkişaf vəziyyətidir ki, bu da öz növbəsində əlilliyi olan insanların hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olur. İnklüziv təhsil bütün uşaqların fiziki, intellektual və digər xüsusiyyətlərinə baxmayaraq, ümumi təhsil sisteminə daxil edilməsinə və yaşayış yeri üzrə həmyaşıdları ilə birlikdə kütləvi ümumtəhsil məktəbində təhsil almasına əsaslanır. Yadda saxlamaq lazımdır ki, hər bir dərs, ilk növbədə, uşağın, inkişafında bir düzəlişdir. Dərslərə hazırlaşarkən, əlilliyi olan uşaqlarda səriştəni təmin edən universal təhsil fəaliyyətləri kompleksinin formalaşdırılması ən vacib vəzifələrdən biri hesab edilməlidir: yalnız konkret mövzu biliklərini mənimsəməyi deyil, necə öyrətməyi öyrənməkdir. Əlilliyi olan uşaqları müxtəlif fəaliyyətlərə cəlb etməyə çalışmaq lazımdır.

Details

Database :
OpenAIRE
Accession number :
edsair.doi...........d6a84c65cd4dee263b2676852fabdbd0
Full Text :
https://doi.org/10.24412/2709-1201-2022-64-68