1. Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları
- Author
-
Həsənli, B.
- Subjects
ədəbiyyat dərsləri ,qırmızı imperiya ,azadlıq ,mübarizə ,istiqlal ,şeir ,milli ,poema ,xalq ,ana dili - Abstract
Gənc nəslin xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə ilk ciddi tanışlığı ümumtəhsil məktəblərində ədəbiyyat dərslərindən başlanır. Ədəbiyyat dərslərində görkəmli sənətkarın şəxsiyyəti və yaradıcılığının bütövlüyü, vəhdəti, vətəndaşlıq mövqeyi, xalqımızın istiqlal mücahidi olması şagirdlərdə aydın təsəvvür yaradılmalıdır. Bu məqsədlə təlim prosesində kurikulumun tələbinə uyğun olaraq, müzakirə, diskussiya, təqdimat, problemin həlli, debat, təqdimat və s. interaktiv metodlardan məqsədyönlü istifadə, şagirdlərin tədqiqatçılıq fəaliyyətinin, əlavə mənbələr üzrə işinin təşkili zəruridir. Təlimi prosesində ədibin Azərbaycanın müstəqilliyi, türk xalqlarının birliyi uğrunda mübarizə aparmasından söz açılmalıdır. Ədəbiyyat dərslərində sənətkarın həyat və yaradıcılığı, monoqrafik şəkildə öyrənilən əsərləri müzakirə olunarkən, şairin vətəndaşlıq qayəsi, mövqeyi, həyatı boyu apardığı istiqlal mücadiləsi konkret nümunələr əsasında, əlavə mənbələrdən istifadə ilə aydınlaşdırılmalıdır., Teaching of azerbaijan language and literature journal, Выпуск 1 (267) 2021, Pages 78-89
- Published
- 2021
- Full Text
- View/download PDF